-
- 20-09-2023, 16:43
- 263
Araz çayı üzərində yeni körpü tikiləcək
Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpü tikiləcək.
News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında qeyd olunub.
Tədbirlər planında bildirilib ki, gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılacaq. Buna görə də, infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin, eləcə də muxtar respublika ərazisində dövlət sərhəd buraxılış məntəqələrində sərhəd və gömrük nəzarəti infrastrukturunun təkmilləşdirilməsi üçün layihələndirmə işlərinin aparılması, yeni yaradılacaq dövlət sərhəd buraxılış məntəqələrinə və Azərbaycan-Türkiyə dövlət sərhədində Araz çayı üzərində yeni körpünün tikintisinə dair təkliflərin hazırlanması, gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması planlaşdırılır.