-
- 15-03-2019, 17:15
- 1 967
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu
Martın 15-də, görkəmli muğam ustadı, Xalq artisti Hacıbaba Hüseynovun (1919-1993) doğum günündə, mədəniyyət və incəsənət xadimləri I Fəxri xiyabana gələrək xanəndənin məzarını ziyarət etdilər.
News24.az xəbər verir ki, muğamların mahir bilicisinin məzarı üzərinə tər çiçək dəstələri düzüldü, xatirəsi ehtiramla yad olundu.
Mərasimdə çıxış edən kamança ifaçısı, Əməkdar artist, professor Mirnazim Əsədullayev bildirdi ki, bu gün ustad xanəndə və pedaqoq Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.
Sənətkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral tarixli sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanır. Yubileylə əlaqədar olaraq bu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək. Eyni zamanda xanəndənin məzarüstü abidəsi yenilənəcək.
Xanəndənin yaradıcılığından söz açan M.Əsədullayev qeyd etdi ki, onun sözü və ritmi həmişə rəvan idi: “Sənətkarın vəfatından uzun illər keçsə də, bu sənətdə onun yeri görünür”.
Hacıbaba Hüseynovun sənət dostları xalq artistləri, professorlar, tarzənlər Zamiq Əliyev, Vamiq Məmmədəliyev, xanəndə, Xalq artisti Zabit Nəbizadə, qarmon ifaçıları əməkdar artistlər Zakir Mirzəyev, Hüseyn Hüseynov, Azərbaycan Televiziyası Musiqi verilişləri redaksiyasının baş redaktoru Çingiz Abbasov, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşdülər.
Vurğulandı ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycanın muğamının ölkəmizdə xaricdə tanıdılmasına mühüm töhfələr verib.
Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayır.
Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyir, özü də qəzəllər qələmə alır. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilir. Sənətkarın xatirəsi, əbədi heykəli ürəklərdə yaşayır. Vurğulandı ki, ustad xanəndənin Fəxri xiyabanda dəfn olunması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb.
Mərasimdə xanəndənin qızı Səadət Hüseynova atası ilə bağlı xatirələrini bölüşdü. Sonra sənətkarın bacısı oğlu, tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin qeyd olunması haqqında sərəncam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, ailəsi adından xanəndəni yad etməyə gələn hər kəsə dərin təşəkkürünü ifadə etdi. Diqqətə çatdırdı ki, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib.
Bundan əlavə, dövlət başçısının sərəncamları ilə Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlı və bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileyləri qeyd ediləcək. Bu yubileylər sırasında Hacıbaba Hüseynovun da yubileyinin keçirilməsi qəlbimizi qürur hissi ilə doldurur.