Murad Arif birinci, Günay İbrahimli isə sonuncudur - VİDEO
    • 26-07-2018, 16:28
    • 1 829

Murad Arif birinci, Günay İbrahimli isə sonuncudur - VİDEO

Son bir neçə ildə estrada müğənnilərimiz arasındakı “YouTube” savaşı artmaqda davam edir. 

Milyonlarla baxış, videohostinqdən gələn gəlir virtual aləmdəki müharibəni daha da qızışdıran amillərdəndir. 

Əslində burada pis heç bir şey yoxdur. Kanalını təsdiqlədən və ya hansısa partnyor şirkətə qoşulan müğənni əsərini piratçılıqdan qoruya bilir. 

Bəs son 3 ay ərzində “YouTube”a yüklənmiş kliplərə baxış nə qədərdir? 

27 may tarixində reper Ramil Nabranla “Oppalara” mahnısını təqdim edən bəstəkar-müğənni Murad Arif 3 milyon 538 min baxış sayı ilə həmkarlarını geridə qoymağı hələ ki bacarıb. 

M.Arifi isə əməkdar artist Röya Ayxan izləyir. Türkiyəli məşhur müğənni və bəstəkar Yıldız Tilbenin albomunda “Ummadığım anda” mahnısını ifa edərək ona klip çəkdirən R.Ayxanı indiyədək 3 milyon 49 min insan izləyib. 

Ötən ay meyxanaçı Məşədibabanın sözlərinə mahnı bəstələyən müğənni Əhməd Mustafayevin “Canan”ı 2 milyon 859 min izlənmə ilə 3-cü sırada yer alıb. 

May ayında klip təqdim edənlər sırasında Damla da olub. İfaçının “11 il” klipinə 2 milyon 736 min baxış gəlib. O, sıyahıda 4-cü yerdədir.

Xalq artisti Aygün Kazımova və müğənni Rauf Əhmədovun "Yaraşdın mənə" adlı ifası 1 milyon 107 min izlənmə ilə 5-ci sırada yer alıb. 

Müğənni Günay İbrahimli isə aprel ayında “Peşmanam” adlı klipini sevənlərinə təqdim etsə də həmkarlarına nisbətən daha az baxış toplayıb.
Sıralamada 6-cı pillədə olan G.İbrahimli cəmi 248 min 704 baxış sayına çatmağa müvəffəq olub. 

Teymur Məmmədov