“Bəşəriyyət cəhənnəmin qapılarını açıb” - Quterreş
    • 21-09-2023, 12:47
    • 138

“Bəşəriyyət cəhənnəmin qapılarını açıb” - Quterreş

“Bəşəriyyət cəhənnəmin qapılarını açıb”.

News24.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib.

Quterreş iqlim dəyişikliyi ilə bağlı irəliləyiş əldə olunmamasını tənqid edən çıxış edib.

"Burada diqqətimiz iqlim həllərinə yönəlib və vəzifəmiz təcilidir. Bəşəriyyət cəhənnəmin qapılarını açıb. Dəhşətli istilərin dəhşətli nəticələri var”, - deyə o, bildirib.

Baş katib  həmçinin xəbərdarlıq edib ki, insanların bu problemə münasibəti dəyişməsə, havanın temperaturu 2,8 dərəcə yüksələcək və bu, dünyada təhlükə və qeyri-sabitliyə gətirib çıxaracaq.

Ayşən