-
- 21-09-2023, 15:40
- 339
Azərbaycanda “Kibertəhlükəsizlik günlərinə” start verildi
Cari ilin 21 sentyabr tarixində Bakıda 3 günlük kibertəhlükəsizlik konfransı öz işinə başlamışdır. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə PROSOL şirkətinin birgə təşkilatçılığı ilə baş tutan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları və özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak etmişlər.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general-mayor Allahverən İsmayılov, PROSOL şirkətinin İdarə heyətinin sədri Babək Ağayev, İsrail Dövlətinin keçmiş Baş naziri Ehud Olmert, Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld və İsrailin Azərbaycandakı səfiri Corc Dik iştirak etmişlər.
Konfransın ilk günündə kibertəhlükəsizliyin aktual problemləri və çağırışları üzrə dörd panel müzakirəsi keçirilmişdir.
Daha sonra, XRİTDX-nin idarə rəisi Tural Məmmədov və PROSOL şirkətinin İdarə heyətinin sədri Babək Ağayev mətbuat konfransı keçirilmişlər.
Daha ətraflı RTV-nin təqdimatında: