Bu tarixdən elektrik enerjisinin qiyməti UCUZLAŞACAQ - Komitə sədri AÇIQLADI
    • 21-09-2023, 17:45
    • 589

Bu tarixdən elektrik enerjisinin qiyməti UCUZLAŞACAQ - Komitə sədri AÇIQLADI

"Energetika haqqında" yeni qanunun qəbul olunmasının elektrik enerjisinin qiymətlərinə müsbət təsir göstərəcəyini düşünürük.

News24.az  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, ötən gün komitənin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən "Energetika haqqında" qanun layihəsi "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında", "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının qanunları arasında ümumiləşmə aparır, yəni bütün bu qanunlar bu qanuna istinad edəcək.

Komitə sədri vurğulayıb ki, bundan öncə "Elektroenergetika haqqında" qanunu qəbul ediləndə istehsal və satışın ayrılmasını məsələsi müzakirə olundu.