-
- 15-03-2019, 20:20
- 1 371
Xaçmazda sahibkarı qətlə yetirən şəxslərə 58 il cəza verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
News24.Az bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Rüstəmovla F.Axverdiyev 20 il və Q.Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla Q.Kərimovun hər biri 20 il və F.Axverdiyevin isə 18 il ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar.