50 manata görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
    • 1-11-2018, 17:23
    • 1 115

50 manata görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Samir Ramazanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Ramazanov bu il aprelin 18-də Bakı şəhər sakini Rəsul Bayramovun 50 manat pulunu quldurluq yolu ilə ələ keçirib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nətiucəsində əvvəllər məhkum olunmuş S.Ramazanov saxlanıb.
Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

//Report