Abdin Fərzəliyevin nümayəndəsinin 383 min manatlıq tenderi ləğv edildi
    • 22-09-2023, 14:33
    • 676

Abdin Fərzəliyevin nümayəndəsinin 383 min manatlıq tenderi ləğv edildi

Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin Xırdalan  Şəhər üzrə Nümayəndəliyinin "Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tender ləğv edilib.

News24.az 32gun.az-a istinadən xəbər verir ki, buna səbəb Müvafiq icra hakimiyyəti orqanının  verdiyi qərarıdır.  Bu da DSQ 4.1.2, 38.2, 57.3.7.-ci maddəəri ilə ənzimlənib. 

Ləğv edilmə mətnində Müvafiq icra hakimiyyəti orqanın 13.09.2023-cü il tarixli 3-21-1/2-18469/2023 saylı məktubuna əsasən deyə qeyd edilib.

Yerli mediada gedən məlumata görə, Abşeronun icra başçısı Abdin Fərzəliyev rayona rəhbərlik etdiyi bir il ərzində təmir və abadlıq işlərinə 3 515 857, 55 AZN vəsait xərclənib. Həmin müqavilələrdən biri də Xırdalan şəhərində mənzil fondunun təmiri işlərinin satın alınması ilə bağlı olmuşdu. Bunun üçün qurum  "Uğurlu İnşaat” MMC-yə 383.269,85 AZN ödəyib.

Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Xırdalan şəhəri üzrə nümayəndəliyinin sədri Malik Məmmədovdur.

Xatırladaq  ki, , bir neçə gün öncə Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə nümayəndəsinin  "Xırdalan şəhərində küçə işıqlarının təmiri işlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderdə vergi borcu vergi borcu 653 min 277 manat 71 qəpik təşkil edən   "ORBİS GROUP" MMC ilə 205.854 AZN-lik müqavilə imzalamasına görə gündəm olmuşdu.