-
- 22-09-2023, 19:33
- 436
Qocalar evində kütləvi ZƏHƏRLƏNMƏ
Türkiyədə qocalar evində kütləvi zəhərlənmə olub.
News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bolunun Gerede rayonunda yerləşən qocalar evində baş verib.
Məlumata görə, burada yaşayan 33 nəfərdə axşam yeməyindən sonra ishal, qusma və ürək bulanması problemləri yaranıb.
Qida zəhərlənməsi şübhəsi ilə 22 nəfər Gerede Dövlət Xəstəxanasına, 11 nəfər isə Bolu şəhər mərkəzindəki xəstəxanaya aparılıb. Yaşı 80-dən yuxarı olan və daha ağır zəhərlənmə keçirən 4 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.