ABŞ konqresmenləri Ermənistandadır
    • 23-09-2023, 10:37
    • 294

ABŞ konqresmenləri Ermənistandadır

Senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir.

News24.az "Gazeta.ru"-ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın İrəvandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Peters Ermənistanda sentyabrın 25-dək qalacaq, o, Paşinyanla yanaşı, Respublika Milli Assambleyasının sədri Alen Simonyan, Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan və digər şəxslərlə də görüşəcək.

Tərəflərin ikitərəfli münasibətləri, həmçinin Qarabağdakı durumu, Azərbaycanın keçirdiyi antiterror tədbirlərinin nəticəsini müzakirə edəcəkləri gözlənilir.

Aydan