Bu mağaralarımız UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
    • 23-09-2023, 11:59
    • 230

Bu mağaralarımız UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Azərbaycanın Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

News24.az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul olunub.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən "Azıx və Tağlar mağaraları - "Azərbaycanın tarixdən əvvəlki yerləri" adlı nominasiya UNESCO-nun İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, Ermənistan Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxmışdı. Amma ermənilərin UNESCO-da apardıqları çirkin kampaniya nəticəsiz qalıb.