Şəki Xan Sarayı UNESCO Ümumdünya İrs Siyahısına salındı

Şəki Xan Sarayı UNESCO Ümumdünya İrs Siyahısına salındı Sosial

Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib.


News24.az-ın məlumatına görə, iyulun 7-də Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına salınması ilə bağlı məsələsi oldu. 

Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya müzakirə olunub və Azərbaycan tərəfinə ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılması, monitorinq sisteminin inkişaf etdirməsi və digər məsələlərlə bağlı tövsiyələr verilib.