Rəisi yenə SƏRSƏMLƏDİ
    • 23-09-2023, 12:20
    • 152

Rəisi yenə SƏRSƏMLƏDİ

İran prezidenti İbrahim Rəisi İran silahlı qüvvələrinin bölgədə olmasının sərhədlərin dəyişdirilməsinin qarşısını alacağını açıqlayıb.

News24.az xəbər verir ki, bunu Rəisi Ermənistanla Azərbaycan arasında mövcud problemlərdən danışarkən deyib.

O bildirib ki, İran silahlı qüvvələrinin nüfuzlu mövcudluğu regionun geosiyasətində və sərhəd dəyişikliklərində hər hansı dəyişikliyin qarşısını alacaq. 

İran prezidenti həmçinin Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb:

“Qarabağ, şübhəsiz ki, Azərbaycan Respublikasına məxsusdur, lakin ermənilərin hüquqlarını elə təmin etmək lazımdır ki, regionda onların təhlükəsizliyi və hüquqları qorunsun. 

Qumral