NATO təlimlərində ilk dəfə bundan İSTİFADƏ ETDİ
    • 23-09-2023, 17:32
    • 248

NATO təlimlərində ilk dəfə bundan İSTİFADƏ ETDİ

NATO Baltik dənizində Şimal Sahillərində keçirilən təlimlərdə ilk dəfə olaraq Şimali Atlantika Müqavilənin 5-ci maddəsi (alyans üzvlərindən birinə hücum zamanı kollektiv müdafiə prinsipi) üzrə hərəkətləri icra edib. 

News24.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. 

Təlim 9-23 sentyabr tarixlərində Almaniya Hərbi Dəniz Qüvvələrinin komandanlığı altında baş tutub. Təlimdə 14 ölkədən təxminən 3200 hərbçi, 30 gəmi və sualtı qayıq və 15-ə qədər təyyarə iştirak edib.

Qeyd edək ki, 2024-cü ilin yazında NATO Soyuq Müharibədən bəri ən böyük “Dayanıqlı Müdafiəçi” təlimini keçirəcək.
Təlimlər Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. Təlimlərdə iştirakçı ölkələrin ümumi sayı 32-yə çatacaq. 
Günəş Mərd