İtkin düşən çobanın meyiti tapıldı
    • 26-07-2018, 17:23
    • 2 024

İtkin düşən çobanın meyiti tapıldı

Zaqatalada itkin düşən çobanın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, bu gün Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən aşkar olunub.

Hazırda Qurban İbrahimovun meyitinin dağdan endirilməsi üzrə tədbirlər davam etdirilir.