Fransada nümayiş zamanı polis maşınına - HÜCUM EDİLDİ

Fransada nümayiş zamanı polis maşınına - HÜCUM EDİLDİ Hadisə

Parisdə polis zorakılığına və irqçiliyə qarşı etiraz aksiyası zamanı polis maşınına hücumdan sonra üç nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Nümayişçilər polis maşınına daş və butulkalar atmağa başlayıblar.Hücum zamanı avtomobildə olan 4 polisdən 3-ü yaralanıb. 

Bildirilib ki, hücumun digər iştirakçılarını tapmaq üçün polis nümayişdən olan videoyazıları təhlil edəcək.