-
- 16-03-2019, 14:19
- 1 010
Bakıda “Nikah müqaviləsi” nümayiş etdirilib - FOTO
Bakıda qastrol səfərində olan Belarusun “Три Т формат” teatrının yaradıcı kollektivi martın 15-də Bakıda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində İsrailli yazıçı Efraim Kişonun əsəri əsasında hazırlanan “Nikah müqaviləsi” musiqili – komediyasını nümayiş etdirib.
News24.az xəbər verir ki, “Nikah müqaviləsi” tamaşası bir çox ölkələrdə səhnələşdirilib və qısa zamanda xarici ölkə teatrlarının diqqətini cəlb edib.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tatyana Troyanoviçdir. Tamaşada rolları Belarusun məşhur aktyorları Vera Polyakova, Yuriy Baranov, Artem Davidoviç, Olesya Puxovaya, Yelena Qironok, Stanislav Savostin və başqaları ifa ediblər.
Tamaşanın ideya xətti və süjetində ailə münasibətlərinin qurulması, ailədə yaşanan problemlərin həlli və münasibətlərin uzun illər ərzində qorunması üzərində psixoloji məqamlar tamaşaçılara çatdırılır.
Belarus teatr kollektivinin təqdimatı, peşəkar aktyor oyunu, səhnə tərtibatı, səslənən musiqilər və s. tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanda Belarus arasında digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu əməkdaşlıq yaradılıb. “Три Т формат” teatrının Bakıya qastrol səfəri də Azərbaycan-Belarus teatr əlaqələrinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilə bilər.