-
- 24-09-2023, 19:12
- 218
Çin Tayvan boğazının əks sahilində hərbi təlimlər keçirib - İDDİA
Tayvan Müdafiə Nazirliyi Çin ordusunun Fujian əyalətinin cənubunda, Tayvan boğazının əks sahilində Dongshan adası və Dançinq körfəzi ətrafında hərbi təlimlər keçirdiyini açıqlayıb.
News24.az xəbər verir ki, nazirliyin "X" sosial şəbəkəsindəki edilən açıqlamada, səhər saatlarında Çin ordusuna məxsus təyyarə və quru qoşunlarının hərəkətliliyinin aşkar edildiyi bildirilib.
Açıqlamada bunun hərbi məşqolduğu iddia edilib. Tayvan silahlı qüvvələrinin bölgədəki vəziyyəti yaxından izlədiyi qeyd edilib.
Qeyd edək ki, Çin ordusunun keçən həftə Qərbi Sakit okeanda Şandun təyyarə gəmisinin iştirakı ilə hərbi manevr keçirdiyi və həmin həftə Tayvan ətrafında rekord sayda hərbi təyyarə və təyyarə keçirdiyi iddia edilmişdi.