Qubada sex yandı

Qubada sex yandı Hadisə

Quba rayonunun Birinci Nügədi kəndində ümumi sahəsi 1600 kvadratmetr olan taxta sexinin yanar konstruksiyaları 1000 kvadratmetr sahədə yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.