Yenilənmiş 5 qəpik tədavülə buraxıldı
    • 25-09-2023, 09:46
    • 205

Yenilənmiş 5 qəpik tədavülə buraxıldı

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.

News24.az xəbər verir ki,  bu barədə AMB məlumat yayıb. 

Məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.