Toyda rəqs edən şəxs bəyi güllələyərək öldürdü
Hadisə
İordaniyada toy şənliyi zamanı havaya atəş açan qonaq təsadüfən bəyi sinəsindən vurub.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, bəyin güllələndiyini anlamayan qonaq havaya atəş açmağa və rəqs etməyə davam edib.
Polis məmuru olduğu öyrənilən Həmzə Sattam Hamed Əl-Fanatsa ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq gənc polisi xilas etmək mümkün olmayıb. Polislər hadisəni törədən şəxsin həbs olounduğunu və silahın müsadirə edildiyini bildirib.