Futbol klubunun prezidenti oyundan sonra ÖLDÜRÜLDÜ - FOTO
    • 26-09-2023, 11:50
    • 456

Futbol klubunun prezidenti oyundan sonra ÖLDÜRÜLDÜ - FOTO

Kolumbiyanın "Tiqres" futbol klubunun prezidenti Edqar Paes ölkə çempionatında uduzduğu matçdan sonra öldürülüb. 

News24.az xəbər verir ki, hadisə o, evə qayıdarkən baş verib.

Klubun mətbuat xidməti xəbər verir ki, “pələnglər”in başçısı odlu silahla öldürülüb. Güllələr onun sinə, boyun və kəllə nahiyəsinə dəyib.

 63 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Bildirilir ki, polis artıq araşdırmaya başlayıb. 

"Tiqres" "Atletiko"ya (Kali) 2:3 hesabı ilə uduzub.

Aynurə