Luqanonun başına gələnlər... - VİDEO
    • 26-09-2023, 19:05
    • 355

Luqanonun başına gələnlər... - VİDEO

“Fənərbaxça”nın keçmiş futbolçusu Dieqo Luqanonun başına kuryoz hadisə gəlib.

News24.az Apasport.az saytına istinadən xəbər verir ki, uruqvaylı veteran müdafiəçinin telefonu oğurlanıb. 

Bir azarkeş Braziliyada keçmiş komandası (2003/06) “Sao Paulo”nun çempionluq şənliklərinə qatılan 42 yaşlı futbolçunun mobil telefonunu əlindən alaraq qaçmaq istəyib. Ancaq reflekslərini itirmədiyini nümayiş etdirən Dieqo cəld bir hərəkətlə oğrunu saxlayıb. Telefonunu geri alan futbolçu cinayətkarı polisə təslim edib. 

Qeyd edək ki, Dieqo Luqano 2006-2011-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub.