Polis yol qəzasında - HƏLAK OLDU

Polis yol qəzasında - HƏLAK OLDU Hadisə

Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.

News24.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 26-da saat 17 radələrində Gədəbəy rayonu ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis nəfəri, 1996-cı il təvəllüdlü Cahan Orucov yol qəzasına düşüb.

Hadisə nəticəsində polis əməkdaşı həlak olub. Araşdırma aparılır.