Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO

Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO İdman
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 

News24.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada komandamız 0:3 hesabı ilə məğlub olub. 

Matçın 7-ci dəqiqəsində Kallum Robinson uzaq doqquzluğu dəqiq nişan alaraq, İrlandiyanı hesabda önə keçirib. Hissənin sonuna 6 dəqiqə qalmış Kallum Robinson Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıya növbəti dəfə yol tapıb. Komandalar fasiləyə irlandların 2:0 hesablı üstünlüyü ilə yollanıblar. Fasilədən sonra irlandlar daha bir qol vurublar. Qarşılaşmanın 90-cu dəqiqəsində Çuedoze Oqbene yekun hesabı müəyyənləşdirib - 0:3.   

Foto: Teymur Məmmədov
Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO Azərbaycan millisi - DARMADAĞIN OLDU - FOTO