İraqda yanğında ölənlərin sayı 120-yə ÇATDI
Nineva əyalətində baş verən yanğın nəticəsində ölənlərin sayı 120-yə çatıb, 200 nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə “Al Arabiya” agentliyi məlumat yayıb.
Məlumata görə, yanğına toy zamanı atəşfəşanlıqdan istifadə səbəb olub. Mərasimin keçirildiyi zalda yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığı da qeyd edilir.
Daha əvvəl 100 nəfərin həlak olduğu, 150 nəfər yaralandığı bildirilmişdi.