-
- 27-09-2023, 10:13
- 220
Ceyhun Bayramov Anım Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib.
News24.az xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.
"44 günlük Vətən müharibəsinin başlanmasının 3-cü ildönümü, 27 Sentyabr-Anım Günündə, öz canları və qanları bahasına bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz olan qəhrəman Şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik", - deyə nazir bildirib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.