Cəbhədə son vəziyyət:
    • 27-09-2023, 10:07
    • 192

Cəbhədə son vəziyyət: "Ən şiddətli döyüşlər.."

Rusiya qüvvələri ötən sutka ərzində cəbhənin üç istiqamətində hücuma keçsələr də, ən şiddətli döyüşlər Marin yaxınlığında olub.

News24.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Bildirilib ki, ötən gün ərzində 26 toqquşmanın baş verib.

Ukrayna ordusu Avdiv istiqamətində Severna, Zaporojedə Novodarivka istiqamətində Rusiya qoşunlarının hücumunun qarşısını alıb.

Ruslar ən intensiv hücumları Marin istiqamətində həyata keçiriblər. İrəliləməyə çalışan Rusiya ordusu məqsədlərinə nail ola bilməyib, bu istiqamətdə onların 13 hücumu dəf edilib.

Kupyan, Liman və Baxmut istiqamətlərində hücum qeydə alınmayıb.

Eyni zamanda, Ukrayna qüvvələri Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatını davam etdirir.

Ukrayna ordusunun “Şərq” qrupunun sözçüsü İlya Yevlaş bildirib ki, Ukrayna silahlı qüvvələri Baxmutun cənubunda irəliləyir.

“Cənub cinahında hücum əməliyyatını davam etdiririk, xüsusən də Zaytsevo, Klişçivka, Odarivka və İvanivski yaxınlığında mçüsbət nəticələrimiz var”, - Yevlaş qeyd edib.

 Ayşən