"NATO Polşanı Rusiya ilə müharibəyə sürükləyir" - EKSPERT
    • 27-09-2023, 10:52
    • 255

"NATO Polşanı Rusiya ilə müharibəyə sürükləyir" - EKSPERT

“NATO-nun üzvü olan Qərbi Avropa ölkələri diqqətlə düşünülmüş planını həyata keçirmək üçün Polşanı və Baltikyanı ölkələri qurban verməyə hazırlaşır”.

News24.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin bildirib.

Onun sözlərinə görə, Qərbi Avropa dövlətlərinin əsas məqsədi Rusiya ilə Polşa arasında müharibəyə başlamaqdır.

“ Üstəlik, Şərqi Avropada yeni irimiqyaslı münaqişənin ilk aktı Rusiyanın strateji qüvvələrinin Polşa ordusuna nüvə zərbəsi olmalıdır. Əgər bu, Polşa silahlı qüvvələrinin Rusiya və ya Belarus ərazisinə qəfil hücumu nəticəsində baş verərsə, o zaman Rusiya rəhbərliyi nəzəri olaraq xain təcavüzü dəf etmək üçün əlində olan istənilən silah növündən istifadə edə bilər. Əgər bu təxribat uğur qazanarsa, o zaman Polşa və Baltikyanı ölkələr çox qısa müddət ərzində nüvə silahının yandırdığı ön sahəyə çevrilmək riski ilə üzləşirlər. Sonra qalan Avropa qoşunları Alp və Baltik arasında yeni xətləri tutacaq. Bu yolla NATO ölkələri ixtiyarında olan 300 min əsgərlə müdafiə edə biləcəkləri ən qısa cəbhə xəttini təşkil edəcəklər. Qərbi Avropa bu gün daha çox insanı silah altına almağa gücü çatmaz”.

Ayşən