Pul köçürmələri zamanı ailə əlaqələri yoxlanılacaq: Bu ölkədə gələn ildən qüvvəyə minəcək

Pul köçürmələri zamanı ailə əlaqələri yoxlanılacaq: Bu ölkədə gələn ildən qüvvəyə minəcək Dünya

Rusiyada banklarda böyük məbləğli pul köçürmələrinə qarşı yeni təhlükəsizlik tədbirləri tətbiq ediləcək.

News24.az xəbər verir ki, gələn il yanvarın 1-dən etibarən banklar müştərinin böyük məbləğ göndərdiyi şəxslə qohumluq əlaqəsini soruşacaq və bunu təsdiqləyəcək.

Bu dəyişiklik aldatma hallarına qarşı mübarizə məqsədilə həyata keçirilir. Bank əməkdaşları pul göndərilməzdən əvvəl müştəriyə zəng edib alıcının kim olduğunu və aralarındakı qohumluq əlaqəsini yoxlaya biləcək.

Yeni tələblər “fırıldaqçı banka əməliyyatları işarələri” siyahısı çərçivəsində keçiriləcək. Həmçinin Sürətli Ödəniş Sistemi (SBP) üzərindən 200 min rublu keçən köçürmələr də risk qiymətləndirilməsinə məruz qalacaq.