Bakıda marşrut avtobusunda gülünc vəziyyət
    • 18-03-2019, 10:06
    • 1 024

Bakıda marşrut avtobusunda gülünc vəziyyət

Bakıda avtobusa minən sərnişinlər maraqlı mənzərə ilə qarşılaşıb.

News24.az-ın məlumatına görə, 4 saylı xəttdə 99 jx 759 nömrəli avtobusa minmək istəyən sakinlər qapılara stiker vurulduğunu görüb avtobusun kart sisteminə keçdiyini düşünüblər.

Sürücü isə bildirib ki avtobus kart sisteminə keçməyib sadəcə gecə qarajda istifadəyə yararsız olan 88 saylı xəttin avtobusunun qapısını söküb 4 saylı avtobusa qoyublar.

Qeyd edək ki 88 saylı xətdə kart sistemi tətbiq edildiyi üçün ön qapıya yaşıl arxa qapıya isə qırmızı stiker vurulub ki, sərnişinlər ödəniş edərək salona keçsinlər.

Taleh BAĞIROV