Vardanyan belə SAXLANILDI - VİDEO
    • 27-09-2023, 15:09
    • 429

Vardanyan belə SAXLANILDI - VİDEO

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

"Xəzər Xəbər" Ruben Vardanyanın saxlanılması ilə bağlı eksklüziv videogörüntülər əldə edib.

Həmin videogörüntüləri təqdim edirik: