Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil - Markov
    • 27-09-2023, 17:05
    • 468

Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil - Markov

“Ruben Vardanyan Azərbaycan tərəfindən saxlanılıb. O, Azərbaycanın təbii sərvətlərinin oğurlanması ilə bağlı dindiriləcək. Amma o, Rusiya vətəndaşlığından çıxıb və resurslarını sanksiyalardan çıxarıb”.

News24.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

O qeyd edib ki, Vardanyanın Laçın keçid məntəqəsində həbsi onu göstərir ki, hazırda Vardanyanın Rusiya dövləti ilə əlaqəsi yoxdur. 

“Əgər onun Rusiya ilə əlaqəsi olsaydı, ya sülhməramlılar onu aparardı, ya da Rusiya xüsusi xidmət orqanları ona kömək edərdilər. Onlar kömək etmədilər. Bu isə o deməkdir ki, Vardanyan Rusiya hakimiyyəti üçün önəmli deyil. Azərbaycanın xüsusi xidmət orqanları isə Qarabağdan çıxışa tam nəzarət edir”, - S. Markov vurğulayıb.

Akqabay