Oğuzda avtomobil qəzaya düşdü, xəsarət alanlar var
    • 27-09-2023, 21:36
    • 194

Oğuzda avtomobil qəzaya düşdü, xəsarət alanlar var

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb.

Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.