Məktəblilərin olduğu avtobus aşdı - bir şagird öldü
    • 18-03-2019, 11:13
    • 1 030

Məktəblilərin olduğu avtobus aşdı - bir şagird öldü

Tailandda məktəblilərin olduğu avtobus aşıb.

News24.Az
 "Thr Taiger"-ə istinadən xəbər verir ki, hadisə səhərə yaxın 04.40 (01.40 - Bakı) radələrində baş verib. Avtobusda 20 şagird, 19 müəllim yer alıb.

Yüksək sürətlə trasda irəliləyən avtobusun sürücüsü qəfil idarəetməni itirib və nəticədə avtobus aşıb. Avtobusda yer alan şagirdlərdən 1-i ölüb. 10 nəfər - yuxarı sinif şagirdləri və müəllimlər ağır, digərləri isə yüngül xəsarətlər alıblar. Ağır xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Sürücü haqda heç bir məlumat verilmir.