Masallı sakininin evindən narkotik maddələr aşkarlandı
    • 18-03-2019, 12:17
    • 715

Masallı sakininin evindən narkotik maddələr aşkarlandı

Daxili İşlər Nazirliyi (DİN) Masallı sakinindən narkotik maddələr aşkarlayıb. DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş V.Yusifovun şəhər ərazisindəki yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1,5 kiloqrama yaxın tiryək, həmçinin heroin, metadon, metamfetamin və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb. Araşdırma aparılır.