-
- 28-09-2023, 18:33
- 319
Rusiyanın müdafiə büdcəsi 68 faiz artırılacaq
Rusiyanın müdafiə büdcəsi 2024-cü ildə 68 faiz artaraq 100 milyard avrodan çox və ya ÜDM-in 6 faizini təşkil edəcək.
News24.az xəbər verir ki,Rusiya Maliyyə Nazirliyi bu artımın Ukraynaya hərbi müdaxiləni davam etdirmək əzminin əksi olduğunu bildirib.
Nazirliyin büdcə layihəsinə görə, müdafiə xərcləri əvvəlki illə müqayisədə 68 faiz artaraq 2024-cü ildə 10 trilyon 800 milyard rubla (106 milyard avro) çatacaq. Bu, 2024-cü ildə ümumi federal xərclərin təxminən 30 faizini və ÜDM-in 6 faizini təşkil edəcək ki, bu da Rusiyanın müasir tarixində rekord göstəricidir.
Daxili təhlükəsizliyə ayrılan büdcə 3 trilyon 400 milyard rubla (33 milyard avro) qədər artacaq və illik federal xərclərin təxminən 10 faizini təşkil edəcək. Bu büdcənin prioritetlərinə “ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi”, Ukraynanın ilhaq edilmiş rayonlarının inteqrasiyası və 2024-cü ilin yazında keçiriləcək prezident seçkilərinə qədər “vətəndaşların ən yoxsul təbəqələrinə sosial yardımın göstərilməsi” daxildir.
Bunun əksinə olaraq, təhsil, səhiyyə və ətraf mühitin mühafizəsi xərclərinin cəmi Müdafiə büdcəsinin yalnız üçdə birini təşkil edəcək.
Ümumi federal xərclər 2023-cü ilə qədər 20 faizdən çox artaraq 36 trilyon 661 milyard rubla (359 milyard avro) çatacaq.
Aydan