Rusiyanın ehtiyatları əriyir - SƏBƏB
    • 5-05-2023, 18:45
    • 755

Rusiyanın ehtiyatları əriyir - SƏBƏB

Rusiya Maliyyə Nazirliyi apreldə büdcə kəsiri səbəbindən Milli Rifah Fondundan 83 milyard rubl (təxminən 1 milyard dollar) dəyərində yuan və qızıl satıldığını bildirib.

News24.az xəbər verir ki, açıqlamada Milli Rifah Fondundakı ehtiyatların aprel ayında əvvəlki ayla müqayisədə 507 milyon rubl artdığı, 1 may tarixində fondun ümumi aktivlərinin dəyərinin isə 12,5 trilyon rubla (təxminən 162 milyard dollar) yüksəldiyi bildirilib. 

Büdcə kəsirinə görə ehtiyatlardan 83 milyard rubl dəyərində yuan və qızılın satıldığı bildirilən açıqlamada fondda artıq 9,2 milyard avro, 288,3 milyard yuan, 520,9 ton qızıl və 232,8 milyon rublın olduğu qeyd edilib.

Rusiyanın federal büdcəsi bu ilin birinci rübündə 2,4 trilyon rubl (təxminən 29 milyard dollar) kəsirlə üzləşib.

Ölkənin Mərkəzi Bankı bu gün verdiyi açıqlamada, ölkənin beynəlxalq ehtiyatlarının 28 aprel tarixinə 598,9 milyard dollar səviyyəsində olduğunu bildirib. /Haber Global/