Siyəzəndə avtomobillər toqquşdu: - Ölən və yaralananlar var

Siyəzəndə avtomobillər toqquşdu: - Ölən və yaralananlar var Hadisə

Bakı-Quba-Rusiya ilə sərhəd avtomobil yolunun 105-ci km-də, magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində TIR və "Ford Transit" markalı yük avtomobilləri toqquşub.

News24.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Elşənov Cavid Əhdixan oğlu hadisə yerindəcə ölüb, daha iki nəfər, sərnişinlər - 1990-cı il təvəllüdlü Kərimov Məhəbbət Əlikişi oğlu və 2006-cı il təvəllüdlü Hüseyn İsgəndərov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.