Cəlilabadda yol-nəqliyyatı qəzası baş verib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə rayon sakinləri, 30 yaşlı Şahmar Rəcəbov və 16 yaşlı Cahan Hüseynova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.