-
- 29-09-2023, 09:06
- 277
Fotoşəkilləri çəkilən ilk qara dəlik haqqında YENİ KƏŞF
M87 ətrafında 22 illik müşahidə məlumatlarını araşdıran astronomlar, qalaktikanın mərkəzindəki qara dəliyin fırlandığını aşkar ediblər.
News24.az xarici mediaya istinadən xəbər verir ki, bu 11 illik dövrün kəşfi Eynşteynin Ümumi Nisbilik Nəzəriyyəsinin doğruluğunu bir daha sübut edib.
Astronomlar hələ M87-nin qara dəliyinin nə qədər sürətlə fırlandığı və ya qara dəliyin üstündəki yığılma diskinin hansı ölçüdə olduğunu müəyyən etməyiblər.
Bunu öyrənmək üçün onlar qarşıdakı illərdə qara dəliyin daha çox müşahidələrini tamamlamalı olacaqlar.