Qarabağ ermənilərini bundan sonra nə gözləyir? - Korotçenko AÇIQLADI
Siyasət
“Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya təklif edib. Onların hər biri öz seçimini edir - qalmaq və yenidən inteqrasiya etmək və ya ərazini tərk etmək. Qalanları daha parlaq gələcək gözləyir”
News24.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko bildirib.
"Bakı yaranmış müəyyən imkan pəncərəsindən yararlanıb.Aydındır ki, Azərbaycan kimi öz gələcəyinə cavabdeh olan ölkələrdə istənilən bir hadisə dövlət tərəfindən öncədən hesablanır. Və bu hesablama bir sıra amilləri nəzərə alır. Baş verənlərin hamısı kortəbii deyildi. Azərbaycan düşmənin hərəkətlərinə cavab olaraq antiterror tədbirləri həyata keçirib. Separatçı “liderlərdən” biri David Babayan bəyan edib ki, Azərbaycanda axtarışda olduğu üçün Bakıya təslim olmaq niyyətindədir. Çünki Qarabağdan gizlincə qaçmaq mümkün olmayacaq. Bu, yeni reallıqların dərk edilməsidir”, - deyə o, vurğulayıb.
Ayşən