Pakistanda məsciddə partlayış - 52 ÖLÜ
Dünya
Pakistanda məsciddə partlayış olub.
News24.az xəbər verir ki, Pakistanın Bəlucistan vilayətində baş verən partlayış nəticəsində 52 nəfər həlak olub, 50-dən çox insan isə yaralanıb.
Həlak olanlar arasında polis əməkdaşının da olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış terrorçu kamikadze tərəfindən törədilib.
Dağıntılar altında qalan şəxslərin də olduğu güman edilir.
Qumral