Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb - Zaxarova
    • 29-09-2023, 14:12
    • 193

Qarabağdakı Rusiya vətəndaşlarından müraciət daxil olmayıb - Zaxarova

“Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tanınmamış “Dağlıq Qarabağ respublikası”nın ləğvi ilə bağlı Qarabağdakı Rusiya vətəndaşlarından hələlik müraciətlər almayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vedomosti”yə bildirib.

“Xarici İşlər Nazirliyinə hələ ki, belə müraciətlər daxil olmayıb”, - diplomat müvafiq sualı cavablandırarkən deyib. O, əlavə edib ki, müraciət olarsa, köməklik göstəriləcək.

Akqabay