"Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib" -PREZİDENT
    • 29-09-2023, 14:19
    • 273

"Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib" -PREZİDENT

Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı, həmçinin bildirib: “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.