Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması aktualdır - Peskov
    • 29-09-2023, 15:30
    • 228

Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması aktualdır - Peskov

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsi aktual qalmaqda davam edir. 

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının və logistikanın inkişafı ilə bağlı planlar var.

 “Bu, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya üçün son dərəcə vacibdir. Ümid edirik ki, bu iş davam edəcək”, - Kreml sözçüsü bildirib.

Akqabay