Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
    • 29-09-2023, 18:54
    • 377

Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov bu ay ərzində qitə, dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca F. Qayıbov ölkəmi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb. Sonra Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra nazir “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Cüdo, savat, atçılıq (polo), kikboksinq, kəmər güləşi, mas-reslinq, qazax güləşi, kişi idman gimnastikası, akrobatika gimnastikası, para-pauerliftinq, para-taekvondo, basketbol, karate, yunan-Roma güləşi, ağır atletika, üzgüçülük, atletika, şahmat, sambo, stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.