-
- 18-03-2019, 15:37
- 1 051
Sosial şəbəkələrin gətirdiyi ayrılıqlar – Diqqətli olun, xanımlar!
Bəzən kişilər önəmsiz sayılan hallarda həddindən artıq emosional olur.
Hazırkı dövrdə sosial şəbəkələrin heç olmazsa birində hesabı olmayan şəxsi “nəsli tükənmişlər”ə aid edirlər.
Sosial şəbəkələrin insanların həyatına təsiri danılmazdır. Ən böyük əziyyəti isə demək olar ki, sevgili cütlüklər çəkir.
News24.az xanımların sosial şəbəkələrdə yol verdiyi və nəticəsinin ayrılığa gətirib çıxardığı 7 səhvi təqdim edir:
Zəhlətökən olmaq
Bu xüsusiyyət real həyatda olduğu qədər sosial şəbəkələrdə də xoş deyil. Kişilər onların ardınca qaçan qadınları sevmir. Əgər siz instagramda onun bütün şəkillərini bəyənirsinizsə, paylaşımlarına fikir bildirib xanımlarla mübahisə edirsinizsə o zaman sevgilinizin sizdən qaçması təbii haldır.
Həddindən artıq ünsiyyətdə olursunuz
Ona bütün sosial şəbəkələrdə və mesajlaşma proqramlarında yazırsınız? Bu hərəkəti 10 dəqiqə intervalla edirsiniz? O zaman sevgilinizin sizi iqnor etməsindən, cavab verməməsindən inciməməlisiniz. Kişi özünü əhatə olunmuş hesab edir və qaçmaq üçün bir yol axtarır.
Göstəriş
Kişiləri qadınların həddindən artıq emosional olması qorxudur. Bu hal ilə qarşılaşdıqda isə həyəcanlarnır və qıcıqlanırlar. Bu, münasibətlərinizin quru olması mənasına gəlmir. Sadəcə olaraq sizə aid olan hər şeyi göstəriş üçün ətrafınızda olanlara nümayiş etdirməyin.
Siyasət
Hər kəsin müxtəlif mövzulara sərbəst baxışının olması mümkündür. Lakin elə mövzular var ki, onu həm real həyatda həm də sosial şəbəkələrdə müzakirə edərkən ehtiyatlı olmaq lazımdır. Siyasət də bu mövzulardan biridir. Məhz buna görə də sevgiliniz sizdən uzaqlaşa bilər.
Çərçivə
Hər şeyin bir həddi var. Sosial şəbəkədə onun şəxsi maraqlarının siz tərəfdən araşdırılması heç də xoş hal deyil. Onun yazımalarını yoxlamaq, keçmiş rəfiqələrinə yazmaq onun sizdən ayrılmasına əsas səbəb olacaq. Sonunda isə o tək qalmağı sizinlə birlikdə olmaqdan üstün tutacaq.
Birgə şəkillər
Əgər siz münasibətinizin başlanğıc ərəfəsindəsinizsə, o zaman onunla birlikdə fotolar yerləşdirib, emosional statuslar yazmaq lazım deyil. Bu onu qorxudur və sizin artıq toya can atdığınızı düşünməsinə gətirib çıxarır.
Əsəbi paylaşımlar
Əsəbi paylaşımlarınız onun gözündə sizə heç də gözəllik qatmır. Kişilər qalmaqal sevmir. Əgər kiməsə nəsə demək istəyirsinizsə, bunu üzbəüz edin və ya görüşdüyünüz zaman deməkdən qorxduğunuz sözləri yazmayın. Bu sosial şəbəkələrin qızıl qaydasıdır.