Vladimir Zelenski yeni fond yaradır
    • 30-09-2023, 17:18
    • 142

Vladimir Zelenski yeni fond yaradır

Ukrayna prezidenti Vladimir Zelenski silah istehsalının inkişafı və hərbi obyektlərin tikintisi üçün fond yaradıldığını açıqlayıb.

New24.az TASS-a istinadən xəbər verir ki, fondun müsadirə edilmiş Rusiya aktivlərinin hesabına  doldurulması planlaşdırılır.

“Ukraynada xüsusi müdafiə fondu yaradılacaq, o, əlavə resurslar, xüsusən də hərbi istehsalın inkişafı və yeni hərbi obyektlərin yaradılması üçün müvafiq əməkdaşlığa dəstək verəcək. Fond müsadirə edilmiş Rusiya aktivlərinin əldə edilən gəlir hesabına doldurulacaq” - deyə Zelenski özünün Telegram kanalında yazıb

Qasım Xuluflu